Husilər Putindən kömək istədi

Yəmən Ali Siyasət Şurasının sədri Mehdi əl-Maşat Yəməndəki münaqişənin həlli üçün Rusiya prezidentindən yardım istəyib.

 

Müstəqil.az xarici KİV-ə istinadən xəbər verir ki, husilərin lideri Hudeyda limanının Səudiyyə Ərəbistanı koalisiyası tərəfindən ələ keçirilməsini özlərinə ağır zərbə adlandırıb və Putindən sülhü əldə etmək üçün dəstək istəyib.

 

Əl Maşat bundan əvvəl, Qətər əmiri və Fransa prezidentinə də analoji məktublar yazmışdı.

Müstəqil.Az

Share: