Hüquq – mühafizə orqanları soyuducuda yarım milyard pul “tapdı”…

Moderator.az MR7 nəşrinə istinadən xəbər verir ki, Peterburqda Qastello küçəsindəki mənzillərin birində axtarış zamanı yarım milyard rubl aşkar ediblər.
Axtarış tədbiri 19 iyulda qanunsuz pul nəğdləşdirməsi barədə cinayət işi çərçivəsində keçirilib.
Boş mənzildə hüquq-mühafizə orqanlarının əməkdaşları heç nə tapa bilməyiblər, yalnız soyuducunu açanda, ordan pullar səpələnib.
Böyük həcmdə olan nəğd pulu aparmaq üçün əməliyyatçılar qvardiyanın xüsusi dəstəsini çağırıblar.
Müstəqil.Az

Share: