“Hərbi bazaya hücum edən terrorçular məhv edildi”

Rusiyanın Suriyadakı “Hmeymim” hərbi bazasına hücumlar təşkil edən terrorçuların hamısı məhv edilib.

Müstəqil.Az  ın məlumatına görə, Rusiya Müdafiə Nazirliyinin bəyanatında qeyd olunur ki, reydlər nəticəsində terrorçuların İdlib şəhərinin qərb sərhədində mövqe tutduqları müəyyənləşib. Onlar yüksək dəqiqliyə malik silahlarla məhv edilib. O cümlədən bölgədə qruplaşmaya məxsus pilotsuz aparatların saxlanıldığı silah anbarı sıradan çıxarılıb.  Qeyd edək ki, dekabr ayının 31-də “Hmeymim”  hərbi bazası pilotsuz aparatlarla hücuma məruz qalıb. Nəticədə 2 rusiyalı hərbçi həlak olub. Döyüş təyyarələrinə ziyan dəyib.

Müstəqil.Az

Share: