Almaniyada Mikayıl Mirzənin xatirəsi anıldı

Berlindəki Azərbaycan Evində görkəmli aktyor Mikayıl Mirzənin anım gecəsi keçirilib.

Alman-Azərbaycan Ziyalıları Birliyinin təşkil etdiyi gecədə toplanan insanlar aktyorun həyat və yaradıcılığı ilə tanış olublar, onun azərbaycan incəsənətindəki rolu barədə bilgilər alıblar. Mikayıl Mirzənin lent yazılarında təqdim olunan şeir parçaları iştirakçılarda dərin iz buraxıb. Tədbirdə həmçinin Mikayıl Mirzənin özünün də vaxtaşırı qələmə aldığı şeirlərdən parçalar oxunub, mahnılar ifa edilib.

Aktyor haqqında söhbətlər sonra azərbaycan şirniyatlarının düzüldüyü çay süfrəsi ətrafında davam edib.

Müstəqil.Az

Share: