“Həkim daima pasientinin yanında olmalıdır…”

Son dövrlərin aktual müzakirə mövzularından biri plastik əməliyyat və onların nəticəsidir. Əvvəllər daha çox məşhur simalar bu xidmətdən istifadə edirdilərsə, bu gün sadə vətəndaşlar da, plastik əməliyyat sevdasına düşür. Təbii ki, bu cür əməliyyatlar heç də həmişə müsbət nəticə vermir.

Elə bu məsələ ilə bağlı  Tanınmış Plastik, estetik cərrah Könül Rüstəmovanın fikirlərin öyrəndik.

Dr. Könül Rüstəmova bizimlə söhbətində bildirdi ki: “Uğursuz əməliyyatın əsas səbəbi tələsməkdir. Həkim əvəllcədən xəstəyə hər şeyi izah etməlidir.Həm də, eyni formanı hamıya şamil etmək olmaz.Çünki, orqanizmlər fərqlidir. Buna əməl etmədikdə belə uğursuzluqlara rast gəlinir. Tibbin bu sahəsinin inkişafına baxmayaraq, plastik cərrahiyənin qurbanları da az deyil. Hətta belə uğursuz əməliyyat zamanı həyatını itirən insanlar da olub.  Mənim təcrübəmdə hələ belə bir hadisə baş verməyib. Həkim daima pasientinin yanında olmalıdır və əməliyyat etdiyi şəxsə nəzarət etməlidir”.

Samirə Samir

Share: