Gəlinlik geyinib sevgilisinin toyuna gəldi – VİDEO

Cənubi Afrikada gəlinlik geyinərək keçmiş sevgilisinin toy mərasiminə gələn qadın zaldan çətinliklə çıxarılıb. O anlar qonaqlar tərəfindən kameralara qeyd edilib.
Müstəqil.az xəbər verir ki, adı açıqlanmayan qadın keçmiş sevgilisinin başqa bir qadın ilə evləndiyi toya gəlinliklə gəlib.
Bəy gözlənilməz bir şəkildə salona girən keçmiş sevgilisini sakitləşdirməyə çalışıb və toy zalını tərk etməyini istəyib. Toyda olan qonaqlardan bəziləri çaşqınlıq içində qışqırarkən bəziləri də qadını alqışlayıblar.
Qeyd edək ki, videonu sosial mediada izləyən bəzi izləyicilər qadını “qəhrəman” adlandırıblar.
 

Share: