Gələn il Qazaxıstan Prezidentinin Azərbaycana dövlət səfəri olacaq

Gələn il Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevin Azərbaycana dövlət səfəri olacaq.

-nın xəbərinə görə, bu, Kasım-Jomart Tokayev və Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev arasında telefon danışığı zamanı bildirilib.

Telefon söhbətində bu ilin noyabrında SPECA-nın Bakıda keçirilmiş Zirvə toplantısı zamanı Azərbaycan və Qazaxıstan dövlət başçıları arasında keçirilən görüşdə əldə edilmiş bütün razılaşmaların uğurla icra olunduğu qeyd edilib, gələn il Qazaxıstan Prezidentinin Azərbaycana həyata keçiriləcək dövlət səfərinin əlaqələrimizin hərtərəfli inkişafına təkan verəcəyinə əminlik bildirilib.

Share: