Fəxrəddin Manafov yeni seriala çəkildi

Xalq artisti Fəxrəddin Manafov Rusiya istehsalı olan “Aktyor” serialında rol alıb.

Kulis.az xəbər verir ki, ekran işindən olan görüntüləri serialda rol alan digər azərbaycanlı aktyor Səmimi Fərhad sosial media hesabında paylaşıb.

Qeyd edək ki, Xalq artisti kriminal aləmdən olan “Səməd” adlı obrazı canlandırıb.

Share: