Ermənistanda yeni müdafiə naziri təyin olundu

Ermənistanın baş naziri Nikol Paşinyan ölkənin yeni müdafiə nazirini təyin edib.
Bu vəzifəyə fövqəladə hallar nazirinin vəzifələrini icra edən David Tonoyan təyin olunub.
N.Paşinyan bu barədə qərarı Ermənistan Nazirlər Kabinetinin bugünkü iclasında verib. İclas zamanı hökumətin digər üzvlərinin də təyin olunacağı bildirilib.
Qeyd edək ki, bundan öncə Ermənistanda müdafiə naziri Vigen Sarkisyan olub,(Modern.az)

Share: