Ebru Gündeş 3 ilədək həbs edilə bilər.

Ebru Gündeş 3 ilədək həbs edilə bilər.

Müstəqil.Az  Türkiyə mətbuatına istinadən xəbər verir ki, həyat yoldaşı Rza Zərrabın müğənniyə hədiyyə etdiyi malikanə ilə bağlı növbəti məhkəmə prosesi baş tutub. Dəniz kənarında yerləşən tarixi malikanədə təmir işləri həyata keçirildiyi və lift quraşdırıldığı üçün Mədəniyyət və Təbii Abidələrin Qorunması qanununu pozmaqda ittiham edilən müğənninin məhkəmədə 3 ilədək həbsi istənilib.

Müğənninin vəkili Begüm Can Gürel açıqlamasında bu iddialara etiraz etdiyini və ittihamla bağlı şikayət ərizəsi verəcəklərini bildirib. Onlar prosesə yenidən baxılmasını tələb ediblər.

Məlumat üçün bildirək ki, Ebru hazırda ərinin ona hədiyyə etdiyi və dəyəri 13 milyon dollarlıq əkiz villalarda yaşamır. Yeni ev axtarışına çıxan ifaçı qızı ilə birlikdə hotelə yerləşib.

Share: