İnstaqramdan növbəti yeniliklər…

Vatsap və Feysbukda olduğu kimi, İnstaqrama da “son çıxış tarixi” özəlliyi tətbiq edilib.

Müstəqil.az xəbər verir ki, bu özəllik instaqramın şəxsi məktub qutusunda işə salınıb.

Yeni xüsusiyyət sayəsində istifadəçilər dostlarının ən son nə zaman aktiv olduğunu görə biləcək. Aktiv olunan zaman isə “hazırda aktivdir”, “24 saat öncə aktiv idi”, “bu gün aktiv idi” tipli ifadələrlə göstəriləcək.

Yeni tətbiqlə yanaşı, İnstaqramda istifadəçilərin xəbəri olmadan onların fotolarını götürmək də tarixə qovuşacaq. Belə ki, hekayələr bölməsində 24 saatdan sonra yox olan foto və videoların ekran görüntüsünü alanlardan həmin foto/videonu paylaşan istifadəçiyə bildiriş gedəcək.

Share: