Dr. Könül Rüstəmova kişilərin plastik, estetik cərraha müraciyyət etmə səbəblərindən danışdı

Plastik, Estetik cərrah Könül Rüstəmova Müstəqil.az-ın “Sağla ol” rubirkasına son dövrlər kişilərin plastik,estetik cerraha müraciyyət etməsində danışıb:

“Kişilərin plastik,estetik cerraha müraciyyət etmə səbəbləri Süd vəzilərində qadınsayağı piylənmə(ginekomastiya). Görünüşdə diskomfort və kompleks yaradan bir problemdir. Və bu problemdan əziyyət çəkənlərin sayı az deyil. Lakin bir hissəsi bizə müraciyyət edib,bu problemdan azad olurlar. Əməliyyat taktikası müayinələr əsasında qoyulan diaqnoza görə dəişir. Həqiqi(hormonal fonda)və ya yalançı(kökəlib arıqlmama fonunda) ola bilər.Ehtiyyac olsa endokrinoloqun müayinəsidə vacibdir. Pasientların digər müraciyyət etdikləri əməliyyat burun çəpər əyriliyinin bərpasıdır. Nəfəs almada çətinlik çəkmə,ağzı açıq yatma,xoruldama kimi əlamətləri vardır. Təbikidə burnun estetik görünüşünüdə dəişmək istəyənlərin sayı az deyil. Qoltuqaltı tərləmənin yaratdığı diskomfort,kişi pasientların bizə müraciyyət etmələrinə səbəb ola bilir. Kişilərə nisbətən,qadın pasientların müraciyyət etdikləri əməliyyatlar siyahısını uzatmaq olar. İstər əməliyyat istər kosmetoloji prosedurlar olsun,gün keçdikçə müraciyyət edən xanımlarımızın sayı artmaqdadır. Əməliyyat həcmindən asılı olaraq,vaxt dəişə bilər.Reabilitasiya(sağalma)müddəti dəişə bilər.

Bədənin özünü bərpa etmə müddətidə dəişə bilir. İcra edilən hər bir əməliyyat arasında risk faktorları vardır.Buna görədə,pasient əməliyyat üçün müraciyyət etdikdə,hər tərəfli müayinələrdən keçməlidir. Əməliyyata hazırlıq etapında hər hansı bir əks göstəriş təşkil edən problemi(qan azlığı,yüksək təziq,şəkərli diabet və sayrə)aşkar etdikdə,müvafiq müalicəyə göndərilməlidir. Hər bir əməliyyata hazırlandlqda,pasienta ola biləcək risk faktorları izah edilməlidir.Və hər bir əməliyyata qərar verildikdə,rəsmi sənədlər imzalanır. Pasient və yaxınlarının razılığı alınır. Normalda seçimim aşağı riskli əməliyyatlardır. Son olaraq məsləhətim budur ki,həkim seçimində diqqətli olsunlar.Əməliyyata öz qərarlarlyla müraciyyət etsinlər.Ətrafdaki insanların tıngid və təziqi ilə deyil.Əgər həmin anda psixoloji vəziyyətləri yerində deyilsə,depressiya dönəmindədirlərsə,mütləq psixoloji müalicə alsınlar. Sağlam düşüncə ilə əməliyyat qərarı alsınlar,sonradan peşmançılıq hissi yaşamamaq üçün.Hər bir əməliyyata müraciyyət etdikdə ilk olaraq həmin orqanın funksional olaraq vəzifəsini yerinə yetirməsini təmin etmək lazımdır və təbii ki parallel olaraq estetik görünüşünü bərpa etmək lazımdır”.

 

Samirə Samir

 

Share: