Direktor olmaq istəyənlərin nəzərinə — Tələblər dəyişdi

Bu il ümumi təhsil müəssisələrinin direktoru vəzifəsinə işə qəbul zamanı namizəddən esse yazmaq tələb olunmayacaq.

Müstəqil.Az-ın Trend-ə istinadən məlumatına görə, bunu Təhsil İşçilərinin Peşə İnkişafı İnstitutu nəzdində İnsan Resursları Mərkəzinin müdiri Murad Camalzadə deyib.

M.Camalzadənin sözlərinə görə, namizədlər 90 dəqiqə davam edən imtahanda yalnız 60 test sualına cavab verəcəklər.

Mərkəz rəhbəri qeyd edib ki, bu gündən keçirilməyə başlayan və sabah da davam edəcək direktorların işə qəbulu müsabiqəsinin test mərhələsində 1600-dən çox şəxsin iştirak edəcəyi gözlənilir.

Müstəqil.Az

Share: