DİN ötən gün həlak olan polis əməkdaşı ilə bağlı

Daxili İşlər Nazirliyi Hacıqabul rayonunda polis əməkdaşının öldüyü yol qəzası ilə bağlı məlumat yayıb.

DİN-in mətbuat xidmətindən verilən xəbərə görə, martın 20-si saat 17 radələrində Hacıqabul rayonunun Ağacanlı kəndi ərazisində Saməddin Yəhyayev idarə etdiyi “Hyundai” markalı avtomobili aşırıb. Nəticədə sürücü aldığı xəsarətlərlə xəstəxanaya yerləşdirilib və orada vəfat edib.

Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.

 

Share: