Daha bir azərbaycanlı Ukraynada əsir düşdü

Daha bir azərbaycanlı Ukraynada əsir düşüb.

Müstəqil.Az  xəbər verir ki, bu barədə onun qohumu, jurnalist Esmira Qasımova sosial şəbəkələrdə məlumat paylaşıb.

Bildirib ki, əmisi oğlu Hafiz Qasımov (Kasumov) Ukraynada gedən döyüşlərdə Zaporoje vilayəti Enerqodar şəhərində ruslara əsir düşüb.

O, uzun müddət, 1980-ci illərdən Ukraynada yaşayır. Hazırda 62 yaşı var.

Jurnalist H. Qasımovun tapılması üçün onlara köməklik edilməsini xahiş edib.

Müstəqil.Az

Share: