Dənizdə temperatur aşağı düşdüyü üçün on minlərlə canlı sahilə çıxdı – VİDEO

İngiltərədə dəniz temperaturunun aşağı düşməsi on minlərlə dəniz canlısının sahilə çıxmasına səbəb olub.

Müstəqil.Az Moderator24.com-a istinadən  xəbər verir ki, bir həftədir həddindən artıq qarın yağması və şiddətli küləklər İngiltərədə sahil kənarlarına gedənləri pis bir sürprizlə qarşılaşdırıb. Sahillə çıxan on minlərlə ölü dəniz canlısı görənləri qorxudub.

    

Şəhər sakinləri “Minlərlə ölü dəniz ulduzunun yanında xərçənglər, dəniz kirpiləri, balıqlar var. Dəniz ulduzlarının çoxu ölüdü, ancaq xərçənglər və bəzi heyvanlar canlıdı. Əlimizdən gəldiyi qədər xilas etməyə çalışdıq. Sahildəki görüntü çox kədərlidi” deyə bildiriblər.

Share: