Çörək mağazalara görün necə gətirilir – Video

Çörək mağazalara avtomobilin ayaqaltı hissəsində daşınır.

Müstəqik.Az Axar.az -a istinad edərək xəbər verir ki, bu foto “Xəzər Xəbər”in Votsap nömrəsinə göndərilib. Fotonu göndərən şəxs iddia edir ki, şəkil Sumqayıtda çəkilib. Çörəklər də sexlərdən birinin avtomobili tərəfindən şəhər ərazisindəki mağazalara daşınır.

Axar.az-ın əməkdaşları həmin sürücünü tapıb. O, şəhərdəki dükan və supermarketlərə çörəkdaşıma ilə məşğul olan Adil Hüseynovdur. Adil Hüseynov deyib ki, fotolar həqiqətən də onun avtomobilində çəkilib. Lakin həmin çörəklər mağazalardan geri qaytarılıb və bağında bəslədiyi heyvanlar üçün aparıb.

İstənilən halda çörək bərəkətdir, təzəsi də, köhnəsi də müqəddəs sayılır. Adil Hüseynov da bu fikirlə razıdır və çörəyi ayaq altında daşımağın düzgün olmadığını qəbul edir.

Adil Hüseynov bundan sonra çörək daşıyarkən gigiyena qaydalarına daha diqqətlə yanaşacağını bildirib.

Müstəqil.Az

Share: