Çimərlikdə hadisə: qızın üzərindən QAYIQ KEÇDİ – FOTO

Türkiyənin Muğla vilayətinin Marmaris ilçəsində dəhşətli hadisə yaşanıb.

Müstəqil.az xəbər verir ki, Aysun Acar adlı qadın dənizdə üzərkən onun üzərindən qayıq keçib.

Hadisə nəticəsində gənc qadın onurğa sütunu, qabırğa, ağ ciyərlərindən ciddi xəszrət alıb.

A.Acar polisə ifadəsində dənizin dərinliklərinə doğru getmədiyini və qayığın 4 həftəyə yaxındır eyni yerdə hərəkətsiz halda dayandığını, lakin bir anda işə düşdüyünü deyib. Qayığın gəldiyi istiqamətdən yayına bilməyən qadın onun sürətlə hərəkət etdiyini bildirib.

 

Share: