Avtobuslara qiymət artmımıyla bərabər “konduktorlar” yenidən peyda oldu…

Tarif Şurasının qərarı ilə ictimai nəqliyyatda qiymətlərin artırılması xeyli vaxtdır ki, sıradan çıxan “konduktor” sisteminin yenidən peyda olmasına səbəb olub.
Moderator.az -a daxil olan məlumata görə, 1 avqust tarixindən etibrən bəzi avtobus sürücüləri sərnişinlərin gediş haqqını Tarif Şrasının məlum qərarına əsasən ödəməsinə nəzarət etmək üçün yenidən “konduktor” əməyindən istifadəyə başlayıblar.
Əvvəlki dövrlərdən fərqli olaraq, mövcud situasiyada konduktorların əsas işi sadəcə pul toplamaq deyil, Tarif Şurasının sözügedən qərarı ilə bağlı sərnişinlər arasında təbliğat işi aparmaq, onları “qanunlara əməl etməyə” səsləməkdir.
“Konduktor”ların hələ bir neçə ay – sərnişinlərin yeni gediş haqqı qiymətlərini psixoloji baxımdan qəbullanacağı vaxta qədər iş başında olacaqları ehtimal edilir.

Share: