Caspian NavTel şirkəti GPS naviqasiya proqramı maraqlı yeniliyə imza atıb.

Caspian NavTel şirkəti GPS naviqasiya proqramı maraqlı yeniliyə imza atıb.

Müstəqil.Az bildirir ki,Bu haqda Peyktv.az-a şirkətin direktoru Rizvan Cəfərov məlumat verib.

Şirkət rəhbəri “GeoNet City Guid” sisteminin 31.1 versiyasına yeni ünvanlar, obyektlər, yollar əlavə edildiyini bildirib:

“Son bir ildə ölkəmizdə yeni yollar çəkilib, müxtəlif yeni obyektlər açılıb. Biz də sistemi yenilədik. 9000–dən çox yeni obyekt proqrama əlavə edilib. Həmçinin yeni çəkilmiş Bakı-Astara yolu, Şamaxı yolunun yeni forması və 10-dan çox daxili yol və küçələrdə yeniliklər edilib”.

Cəfərov şirkətin müştərilərin istədikləri ünvana rahat çatması üçün başqa yeniliklərin nəzərdə tutulduğunu da qeyd edib.

Müstəqil.Az

Share: