Cəlalabadda stadionda partlayış… – 8 ölü

Əfqanıstanın Cəlalabad şəhərində üç partlayış baş verib.

Müstəqil.Az  xəbər verir ki, bu barədə məlumatı “Tolo Nyus” televiziyası yayıb. Partlayış nəticəsində 8 nəfər həlak olub, 45 nəfər yaralanıb.

Partlayış Cəlalabad şəhər stadionun baş tutan kriket matçı zamanı yaşanıb. İnsidentdə oyunun təşkilaçısı və Mehtarlam şəhər merinin müavini də ölüb.

Qeyd edək ki, Taliban insidentə görə məsuliyyəti üzərinə götürməyib. (axar.az)

Share: