Bu gün Azərbaycan kubokda daha iki matç var

Bu gün futbol üzrə Azərbaycan kubokunda 1/4 finalın daha iki ilk oyunu baş tutacaq.

“Qafqazinfo” xəbər verir ki, günün ilk oyunu Gəncədə keçiriləcək.

Burada qərb derbisi çərçivəsində “Kəpəz”lə “Turan Tovuz” komandaları üz-üzə gələcək.

Digər oyun isə “Səbail”lə “Sabah” arasında keçiriləcək.

Xatırladaq ki, ilk oyun günündə “Zirə” “Neftçi”yə 1:0 hesabıyla qalib gəlibsə, “Qarabağ” – “Qəbələ” matçında qalib müəyyənləşməyib – 2:2.

Azərbaycan kuboku

1/4 finalın ilk oyunları

9 dekabr

“Kəpəz” – “Turan Tovuz”

Hakimlər: Rauf Allahverdiyev, Cavanşir Yusufov, Müslüm Əliyev, Vüqar Həsənli.

Gəncə şəhər stadionu, 14:00.

“Səbail” – “Sabah”

Hakimlər: Nicat İsmayıllı, Kamran Bayramov, Vüsal Məmmədov, Fərid Hacıyev.

Bakı. “ASCO Arena”, 17:00.


Share: