Bu fermer klarnet səsi ilə heyvanların süd verimini artırıb- VİDEO

Türkiyənin Şilə bölgəsində camışçılıq təsərrüfatı olan Zəkəriyyə Ordu hər gün heyvanlara klarnet çalır.
Moderator.az Türkiyə mediasına istinadən xəbər verir ki, Zəkəriyyə Ordu heyvanların klarnet səsindən xoşu gəldiyini təsadüfən öyrəndiyini deyib: “ Bir gün klarnetdə ifa edərkən bütün sürünün mənim ətrafımda toplandığını gördüm. O gündən bəri hər gün heyvanlara klarnet çalıram. Bu sayədə süd verimində xeyli artım olub”.
Şilənin Qələmli kəndində atasından qalma çamışçılıq təsərrüfatını daha da genişləndirdiyini bildirən Zəkəriyyə Ordu deyib ki, hobbi kimi musiqi ilə də maraqlanır.
“Bir gün evimin önündə klarnet çalarkən bütün sürünün yanıma gəldiyini və təqribən yarım saat məni dinlədiyini gördüm. Bundan sonra hər gün onlara klarnet çalmağa başladım. Heyvanlar gün boyu ətraf ərazilərdə otlayır. Onları geri qaytarmaq, yaxud başqa bir yerə aparmaq istəyəndə əziyyət çəkmirəm. Klarnet çalıram və heyvanlar mənim yanıma gəlirlər. Klarnet səsinin heyvanların stresini azaltdığını və süd verimini artırdığını da müşahidə etmişik”- fermer belə deyib.
https://youtu.be/9AfR0hFpde8

Share: