Böyrəkləri təmizləyən ən təbii müalicə üsulları – FOTO

Böyrəklər hormon istehsalı və qanın kimyəvi tarazlığına görə, cavabdehlik daşıyan əsas orqandır. Orqanizmin çirklənməsi zamanı böyrəklərdə selik, qum və daşlar yaranır. Böyrəklərin çirklənməsinin səbəbi müxtəlif ola bilər: genetik, gecə qida qəbulu, su, yemək və s.

Publika.az bu yazıda oxucuları böyrəkləri təbii müalicə üsulları ilə təmizləyən reseptlərlə tanış edib.

Limon suyu

Böbrekleri temizleyen doğal tedavi yöntemleri

İnqrediyentlər:

2 yemək qaşığı sızma zeytun yağı

4 yemək qaşığı limon suyu

2 stəkan su

1 yemək qaşığı alma sirkəsi

Hazırlanması:

Zeytun yağı ilə limon suyunu qarışdırıb için. Yarım saat sonra isə qalan limon suyunu və alma sirkəsini qarışdırıb için. Bu qarışıq böyrək daşının yaratdığı simptomların təsirini azaldaraq böyrək daşını əridir. Qarışığı xəstəliyə təsir edənə müəyyən fasilələrlə tətbiq etməlisiniz.

Cəfəri çayı

Böbrekleri temizleyen doğal tedavi yöntemleri

İnqrediyentlər:

1 dəstə cəfəri

1 xörək qaşığı bal

4 xörək qaşığı su

Hazırlanması:

Qaynamış suya cəfərini əlavə edib dəmlənməsini gözləyin. 25 dəqiqədən sonra içinə bal əlavə edib qarışdırın. Çayı şüşə butulkaya tökün və 3 gün ərzində qəbul edin.

Gicitkən çayı

Böbrekleri temizleyen doğal tedavi yöntemleri

İnqrediyentlər:

1 xörək qaşığı gicitkən otu

2 stəkan su

Hazırlanması:

Qaynamış suya 1 xörək qaşığı gicitkən otu əlavə edin. Böyrək iltihabına yaxşı təsir edən bu qarışığı səhər və axşamlar bir stəkan olmaqla için.

Gülxətmi çiçəyi çayı

Böbrekleri temizleyen doğal tedavi yöntemleri

İnqrediyentlər:

2 xörək qaşığı gülxətmi çiçəyi kökü və yarpaqları

2 stəkan su

Hazırlanması:

Qaynamış suya gülxətmi çiçəyinin kökü və yarpaqlarını əlavə edib 10 dəqiqə dəmləyin. Təsirli olması üçün çayı 7 gün ərzində gündə 2 fincan olmaqla için.

Kərəviz suyu

Böbrekleri temizleyen doğal tedavi yöntemleri

İnqrediyentlər:

3 kərəviz sapı

1 stəkan su

Hazırlanması:

Kərəviz çubuqlarını təmizləyib doğrayın və su ilə birlikdə blenderdən keçirin. Suyunu süzüb ən az bir ay ərzində gündə bir stəkan için. Bu qarışıq böyrəkləri təmizləyən çox təsirli reseptdir.

Share: