“Beetlejuice” komediyasının davamının buraxılış tarixi açıqlandı

Tim Burtonun 1988-ci ildə çəkdiyi “Beetlejuice” komediyasının davamının buraxılış tarixi açıqlanıb.

Kulis.az xarici mediaya istinadən xəbər verir ki, Tim Burtonun yenidən rejissorluq etdiyi “Beetlejuice 2” filmində baş rollarda Maykl Kiton (Betelgeuse) və Uinona Rayder (Lidiya Ditzyer) çəkiləcək.

6 sentyabr 2024-cü ildə kinoteatrlarda nümayiş olunacağı açıqlanan filmdə “Çərşənbə”nin ulduzları Jenna Ortega və Justin Theroux da rol alıb.

Alec Baldwin, Geena Davis, Jeffrey Jones və Catherine O’Hara kimi keçmiş aktyor heyətinin isə “Beetlejuice” filminin davamında yer alacağı hələ bəlli deyil.

Share: