Nazirlikdən birinci sinfə qəbulda “şirinlik” verilməsi ilə bağlı — Açıqlama

Elm və Təhsil Nazirliyi məktəbəqəbul prosesində “şirinlik” verilməsi ilə bağlı suala aydınlıq gətirib.

“Qafqazinfo”nun məlumatına görə, Elm və Təhsil Nazirliyinin Ümumi və məktəbəqədər təhsilin təşkili və idarə olunması şöbəsinin müdir müavini Orxan Abbasov bildirib ki, birinci siniflərə qəbul zamanı “şirinlik” verilməsi qeyri-qanunidir:

“Belə hallarla qarşılaşan zaman valideynlər Elm və Təhsil Nazirliyinin qaynar xəttinə, hüquq-mühafizə orqanlarına müraciət edə bilərlər. Əgər sistem tərəfindən sənədlər qəbul edilibsə, bu prosesdə məktəb direktorunun edə biləcəyi bir şey yoxdur”.

Gülnar Əliyeva


Share: