Bakıya qarşı info-savaş: son iki gündə nələr yayılıb?

Azərbaycana qarşı dezinformasiya müharibəsi genişlənib.

Müstəqil.Az Axar.az-a istinad edərək  xəbər verir ki, bu barədə politoloq Elxan Şahinoğlu qeyd edib.

“Son bir neçə gündə təxribat məqsədilə yayımlanan xəbərlərə diqqət yetirək:

1. “Azərbaycanın açdığı atəş nəticəsində erməni hərbçi ölüb”;

2. “Avropa Birliyi Komissiyasının vitse-prezidenti Jozep Borrell 150 min (? – halbuki hətta Ermənistan rəsmiləri 100 min olduğunu iddia edir – red.) erməninin zorla Qarabağdan çıxarıldığını bildirib”;

3. “Azərbaycan Ukraynaya mərmi göndərib”.

Bunların yalan olduğunu biz bilirik, ancaq bu dezinformasiyalar geniş auditoriyası olan xarici media qurumlarında yayımlanır”, – politoloq vurğulayıb.

O xatırladıb ki, 1990-cı illərdə də belə idi, torpaqlarımız ard-arda işğal olunurdu, soyqırımlar baş verirdi, yüzminlərlə soydaşımız yurdlarından qovulurdu, ancaq beynəlxalq mediada bizi təqsirkar çıxarırdılar, informasiya blokadasında idik:

“Sonrakı illərdə informasiya blokadasanı yarsaq da, ikili standartlardan qurtulmamışıq. Bütün hallarda informasiya işində fəallığı artırmalıyıq”.

Müstəqil.Az

Share: