Bakıya gedən yolu kəsən qəhrəmanlar – Video

Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi QSC-nin akt zalında 20 Yanvar faciəsinin 28-ci ildönümü ilə bağlı anım günü keçirilib.

Müstəqil.Az  xəbər verir ki, tədbiri giriş sözü ilə Gəmiçiliyin rəisi Rauf Vəliyev açıb. O, qəhrəman dənizçilərimizin göstərdiyi şücaətdən bəhs edərək bilirib ki, həmin vaxt informasiya blokadasında olan respublikamızın başına gətirilən müsibətdən dünyanı dənizçilərimiz xəbərdar edib.

Rauf Vəliyev həmçinin 1990-cı il yanvarın 20-də ümummilli lider Heydər Əliyevin Moskvada Azərbaycan nümayəndəliyinə gələrək, xarici dövlətlərin jurnalistləri qarşısında bəyanat verməsini də yada salıb:

“Bu bir qəhrəmanlıq idi, özünün, ailəsinin həyatının təhlükədə olmasına baxmayaraq, o, bu addımı atdı”.

Tədbirdə millət vəkilləri Qənirə Paşayeva, Aydın Mirzəzadə, “İki Sahil”qəzetini baş redaktoru Vüqar Rəhimzadə çıxış edərək, bu günü tariximizin ən şərəfli günlərindən biri kimi qiymətləndiriblər.

Bundan sonra dənizçilərin 20 Yanvar faciəsi zamanı göstərdikləri qəhrəmanlıqlardan bəhs edən “Azadlıq carçıları” adlı sənədli film nümayiş olunub.

Filmdə sovet hərbi gəmilərinin hərəkətinə yol verməmək üçün Bakı buxtasına gedən yolu kəsən Azərbaycan dənizçilərinin bütün xəbərdarlıqlara və hədələrə baxmayaraq, bir addım belə geri çəkilməmələrindən söz açılır.

Faiq Balabəyli

Share: