9 illik təhsil üzrə buraxılış imtahanı 2 mərhələdə keçiriləcək

9 illik orta təhsil səviyyəsi üzrə buraxılış imtahanının iki mərhələdə keçirilməsi nəzərdə tutulur.

Dövlət İmtahan Mərkəzindən Enter.News-a verilən məlumata görə, bu barədə “Abituriyent” jurnalının xüsusi buraxılışında qeyd olunub.

Buraxılışda ümumi təhsil pilləsində təhsilalanların yekun qiymətləndirilməsinin (attestasiyasının) aparılması qaydaları ilə tanış olmaq olar.

Qaydalara əsasən, birinci mərhələdə şagirdlərin oxuyub-anlama və yazı bacarıqlarını yoxlamaq məqsədilə açıq və qapalı tipli test tapşırıqlarından, yazı işlərindən, riyazi bacarıqları yoxlamaq məqsədilə isə açıq tipli tapşırıqlardan istifadə edilməsi planlaşdırılır. İkinci mərhələdə hər bir fənn üzrə qapalı tipli test tapşırıqlarından istifadə edilməsi nəzərdə tutulur.

Jurnalda, həmçinin ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanı üçün fənlər üzrə alt standartlar, proqramlar, buraxılış imtahanın I və II mərhələləri üçün tapşırıq nümunələri və qiymətləndirmə meyarları, şagirdlərin yazacaqları inşalara (esselərə) verilən tələblər öz əksini tapıb.

Jurnaldakı materiallar müəllimlərə buraxılış imtahanı ilə bağlı işlərini düzgün qurmağa, şagirdlərə isə imtahana səmərəli hazırlaşmağa yardımçı olacaq.

Müstəqil.Az

Share: