Bakıda “Yağışdan sonra” təqdim olundu – Foto

Bu günlərdə “Park bulvar” ticarət mərkəzində tanınmış şair Faiq Balabəylinin yeni işıq üzü görmüş “Yağışdan sonra” kitabının imza günü keçirilib.

Kult.az xəbər verir ki, mərasimdə yazıçı və şairlərdən Aslan Quliyev, Nəriman Əbdülrəhmanlı, Əkbər Qoşalı, Fərqanə Mehdi, Qəşəm Nəcəfzadə, Şəfiqə Şəfa, Narıngül, Arzu Nehrəmli, İbrahim Rüstəmli, Hüseyn Sözlü, Nəcibə İLkin, Balayar Sadiq, Dayandur Sevgin, Həyat Şəmi, yazıçı Kənan Hacı, rəssam Sehran Allahverdi ,VHP-nın rəhbərliyi və üzvləri, Ümid Partiyasından nümayəndələr, oxucular, jurnalistlər və Azərbaycan Dövlət Xəzər Gəmiçiliyinin nümayəndələri iştirak edib.

“Yağışdan sonra” kitabı haqqında məlumat verən müəllif bildirib ki, kitabda son dövrlərdə qələmə aldığı şeirlər toplanıb. O, kitabda yer alan şeirlərin ictimai-siyasi və vətənpərvərlik mövzusunda olduğunu vurğulayıb.

Qeyd edək ki, “Qanun” nəşriyyatında çap edilən kitabın redaktoru Afaq Şıxlı, ön söz müəllifi isə Sabir Rüstəmxanlıdır.

Nərmin Ələkbərli

Share: