Bakıda kafedə GÜCLÜ PARTLAYIŞ: 2 ölü, 2 yaralı

Səhiyyə Nazirliyinin mətbuat xidmətinin mütəxəssisi Səfayə Əhmədova  bildirib ki, hadisə nəticəsində 2 nəfər ölüb: “2 nəfər isə ağır yanıq xəsarətləri ilə təcili yardım tərəfindən Respublika Yanıq Mərkəzinə aparılıb. Vəziyyətləri ağır qiymətləndirilir”

***

Bakıda kafedə partlayış olub, xəsarət alanlar var.

Hadisə Binəqədi rayonunda, “Elite” ticarət mərkəzinin yaxınlığındakı avtomobil ehtiyat hissələrinin satıldığı bazarda yerləşən kafedə qeydə alınıb.

Hazırda yaralılar təcili yardımla xəstəxanaya aparılır. (report)

Share: