Bakıda 1 kiloqramlıq uşaq doğuldu…

Çəkiləri 1200-1300 qram olan əkiz uşaqlar dünyaya gəlib.
Müstəqil.Az Səhiyyə Nazirliyindən  verilən məlumata görə bildirir ki, uşaqlar hamiləliyin 31-ci həftəsində dünyaya gəliblər.
Düşük təhlükəsi olan, 27-28-ci həftəsində kütlə çox aşağı olduğuna görə Respublika Müalicəvi Diaqnostika Mərkəzinə yerləşdirilən qadında bütün profilaktik müayinələr aparılıb. Burada hamiləlik 31 həftəsinə qədər çatdırılıb və çəkiləri 1,200–1,300 qrama çatandan sonra ana əməliyyata götürülüb
RMDM-in mama-ginekoloqu Aleksandr Barsukov bildirib ki, dölün ürək döyüntülərində problemlər olduğundan ananı təcili əməliyyata götürdük.
“Doğularkən uşaqlardan biri 1,250 qram, o birisi isə 1,300 qram olub. Doğularkən bir uşaq süni ventilyasiya aparatında olub və uzun müddət apnoelər (tənəffüs hərəkətlərinin dayanması) müşahidə edildiyinə görə lazımi apnoe profilaktikası aparılıb”.
RMDM-in neonatoloq-pediatrı Təzibə Mirzəliyeva bildirib ki, bir neçə risk faktoru olan anadan dünyaya gələn əkiz körpələr Mərkəzin neonatoloji komandasının birgə əməyi sayəsində zəruri müayinələrdən (“Topuq testi”, ROP adlandırılan vaxtından əvvəl doğulmuşların retinopatiyasının müayinəsi, eşitmənin skrininq müayinəsi) keçib, çəkiləri normal səviyyəyə (1,850–1,900 qram) çatdırılıb, ana-körpələr tam sağlam və gümrah şəkildə evə yola salınıb.

Share: