“Azərxalça”nın filialları yeni maşınlarla təmin olundu

Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamı ilə yaradılan “Azərxalça” Açıq Səhmdar Cəmiyyətinin respublikamızın bölgələrində 10 filialı fəaliyyət göstərir.

 

Modern.az xəbər verir ki, bu filiallar üçün tikilən binalar lazımi avadanlıqlarla təmin olunub.  Müasir və işıqlı filial binalarında toxuculuq emalatxanası, rəssam otağı, anbar, yeməkxana, tibb otağı, xalça-satış salonu yaradılıb. Bütün bunlarla yanaşı, filiallarda çalışanların iş yerinərahat gediş-gəlişinin qayğısına da qalınıb.

Dövlət başçısının tapşırığı ilə “Azərxalça”nın hazırda fəaliyyət göstərən Quba, Xaçmaz, İsmayıllı, Qəbələ, Şəmkir, Tovuz, Ağstafa, Qazax, Ağdam və Füzulu filiallarıavtobusla təmin olunub. Bu ilin sonuna qədər fəaliyyətə başlayacaq filiallar üçün də nəqliyyat vasitələrialınaraq artıq ölkəmizə gətirilib.

 

“Azərxalça”nın aldığı 18 ədəd “Hyundai” markalı avtobus sərnişindaşıma ilə bağlı müəyyənləşdirilən tələblərə tam cavab verir. Bu avtobusların hər biri 38 sərnişin yerlikdir. Dizel yanacağı ilə işləyən avtobusların mühərriki “AVRO 4” standartına uyğundur. Avtobusların geniş salonunda sərnişinlərin rahatlığı nəzərə alınıb, havalandırma yeri və kondisioner quraşdırılıb.

 

Yeni nəqliyyat vasitələri toxucuların rahat və təhlükəsiz şəraitdə mənzil başına çatdırılmasına imkan verəcək.

Müstəqil.Az

Share: