Azərbaycanlı bəstəkar Rusiya Bəstəkarlar İttifaqının üzvü seçildi

Azərbaycanlı və rusiyalı bəstəkar, pianoçu və musiqişünas Riad Məmmədov Rusiya Bəstəkarlar İttifaqının üzvü seçilib.

Kulis.az xəbər verir ki, Rusiya Bəstəkarlar İttifaqının növbəti iclasında təşkilata yeni üzvlər seçilib.

Onların arasında soydaşımız, bəstəkar, pianoçu və musiqişünas, caz və klassik musiqi əsərlərinin mahir ifaçısı Riad Məmmədov da var.


Riad Məmmədov Bakıda dünyaya gəlib. P.İ.Çaykovski adına Moskva Dövlət Konservatoriyasının və aspiranturasının “fortepiano” ixtisası üzrə məzunu olan həmyerlimiz, həm də bir çox beynəlxalq festivalların iştirakçısıdır.

Share: