Azərbaycanda Quranın yazdığı daha bir möcüzə göründü..Göydən qurbağa yağdı

Xəbər verdiyimiz kimi,  dünən  Goranboy bölgəsində göydən qurbağa yağıb (xəbəri bu linkdən oxumaq olar;  http://www.moderator.az/news/225080.html )
 Bu faktı mütəxəssislər Xəzər-xəbərə belə şərh ediblər ki, guya tufan qurbağaları göyə qaldırıb, sonra onlar yağışla yerə eniblər. Ardıycan da həmin mütəxəssis özünü təkzib edərək vurğulayıb  ki, Azərbaycanda tufan, fırtına olmayıb, bu qurbağaların da haradan gəldiyi bilinmir.  Bu cür tufanlar adətən Amerika qitəsində olur
Ölkəmizdə baş verən bu müəmmalı hadisəni şərh etmək üçün, əmıkdaşımız psixoloq, elmi-lədun bilicisi Paşa Yaquba müraciət edib. Onun cavabını moderator.az saytının oxucularına təqdim edirik:
– Azərbaycanda güclü fırtınalar olmadığından, qurbağaların da havaya qalxması absurddur. Baş verən hadisəni dərk etmək üçün Qurana nəzər salmaq kifayətdir. Çünki, qurbağaların haradan və niyə gəldiyi barədə Quranda ətraflı məlumat verilməkdədir:
“Biz ayrı-ayrı möcüzələr üzrə onlara tufan, çəyirtkə və həşərat, qurbağa və (çeşmələrinə, kəhrizlərinə) qan göndərdik. Onlar yenə də iman gətirməyi özlərinə sığışdırmayıb kafir bir tayfa oldular”. Quran, 7:133
Ayədən göründüyü kimi, insanlar yolların azanda və Haqqa təslim olmayanda göydən qurbağa yağacağı və əkin sahələrinə ziyanverici həşarətlər darışacağı xəbər verilmişdir.
Müqəddəs kitabda daha sonra deyilir:
“İnsan tələsən (hövsələsiz) yaradılmışdır. Ayələrimi (bütün dövrlərə aid olduğunu) sizə göstərəcəyəm. Hələ Məni tələsdirməyin!” Quran, “Peyğəmbərlər” surəsi, 37.
Göydən qurbağa yağmasını yuxarıda qeyd etdiyim ayələrlə izah etmək mümkündür.

Share: