Azərbaycan və İran XİN başçıları münasibətlərin bütün istiqamətlər üzrə aktivləşdirilməsi barədə razılığa gəliblər

İranla Azərbaycan arasında münasibətlər müsbət məcrada inkişaf edir.

xəbər verir ki, bu barədə İran xarici işlər naziri Hüseyn Əmir Abdullahian Rusiyaya səfərinin yekunları ilə bağlı jurnalistlərə açıqlamasında bildirib.

Abdullahian Azərbaycan xarici işlər naziri Ceyhun Bayramovla görüşdə münasibətlərin bütün istiqamətlərdə aktivləşdirilməsi barədə razılığa gəldiklərini qeyd edib:

“Bu gün biz Ceyhun Bayramov ilə görüşdə razılaşdıq ki, əlaqələr bütün istiqamətlərdə aktivləşdirilməlidir. Siyasi, iqtisadi, mədəni, turizm və təhlükəsizlik sahəsində əməkdaşlığımızı inikişaf etdirməliyik ki, münasibətlərimiz möhkəmlənsin”.

İran XİN başçısı həmçinin, qeyd edib ki, İran Prezidenti İbrahim Rəisi ilə Azərbaycan Prezidenti İlham Əliyev arasında son keçirilən görüşdə iki ölkə arasında iqtisadi sahədə əlaqələrin hərtərəfli inkişafı, dəhlizlərin açılması, ticarət sahəsində əməkdaşlığa diqqət yetirilib və icra olunan layihələrin başa çatdırılması üçün iradə nümayiş etdirilib.

Share: