Azərbaycan Rusiyaya müraciət etməlidir – Kuznetsov

“İsgəndər” raketlərinə dair suallara həmin komplekslərin bayağı konstruksiyasının xüsusiyyətlərini bilən, raket-artilleriya silahları üzrə mütəxəssislər cavab verə bilər. Peşəkar hərbi hüquqşünas kimi isə mən əminliklə söyləyə bilərəm ki, bu tip raketlər üç hissədən ibarətdir: döyüş hissəsi, sürətləndirici və start mühərriki. Müvafiq olaraq bu hissələrin hər birinin öz markası və istehsal kodu olur. Kod ilə bütün obyektiv məlumatları toplamaq, kompleksin saxlanc yerləri dəyişdirilmişsə, dislokasiya noqtəsini dəqiqliklə müəyyən etmək mümkündür.

Müstəqil.Az bildirir ki bu sözləri Axar.az-a açıqlamasında tanınmış rusiyalı tarixçi, hərbi ekspert Oleq Kuznetsov Şuşada tapılan İsgəndər-M raketlərinin qalıqları haqda danışarkən bildirib.

“Məsələ ondadır ki, hər hansı bir hərbi sənaye müəssisəsi bu kompleksin tərkibinə daxil olan operativ-taktiki raketlər tədarük edir. Müvafiq olaraq, texniki sənədləşdirmə zamanı orduya təhvil verilən raketlərdə çoxlu sayda tanınma nömrələri qeyd olunur. Onların sayı 12-yə çata bilər. Bu raketi döyüş buraxılışı həyata keçirildikdən sonra tərkib hissələrinin nömrələri ilə müəyyən etmək olar.

İndi ilk növbədə Şuşada aşkar olunan raketlərin kodlarının istehsalçının xarakteristikasına nə dərəcədə uyğun gəlib-gəlməməsini araşdırmaq vacibdir. Bu sorğunun ilk növbəfə Rusiya Hərbi Prokurorluğu vasitəsilə istehsalçıya göndərilməsinə nail olmaq lazımdır. İstehsalçı texniki sənədləri təqdim etməyə borcludur. Belə olan halda seriya nömrələri altında olan bütün bloklar və raketlərin bir və yaxud bir neçə kompleksin tərkibinə daxil olmasını müəyyən etmək olar. Bundan sonra, həmin raket komplekslərinin haraya dislokasiya olunduğunu, nə zaman döyüş atışı etdiyini tamamilə qanuni olaraq təyin etmək rahatdır”, – deyə həmsöhbətimiz qeyd edib.

Əli Məmmədov

Share: