Azərbaycan minifutbol millisinin üzvü: “Portuqaliyaya göz açmağa imkan vermədik”

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Portuqaliyaya göz açmağa imkan vermədik”.

Bunu “Report”a açıqlamasında minifutbol üzrə Azərbaycan millisinin üzvü Mirmehdi Rzayev Birləşmiş Ərəb Əmirliklərinin Ras Əl-Xayma şəhərində təşkil olunan dünya çempionatının 1/8 finalında Portuqaliyanı 3:0 hesabı ilə məğlub etdikləri matç barədə danışarkən deyib.

Oyunçu görüşə çox yaxşı hazırlaşdıqlarını bildirib:

“Oyunumuz da yaxşı alındı. Onların əvvəlki iki görüşünü izləmişdik. Necə oynamalı olduğumuzu bilirdik. Matça yüksək motivasiya ilə hazırlaşmışdıq. Əhvali-ruhiyyəmiz ən üst səviyyədə idi. Azərbaycandan dəstək verən azarkeşlər bizi oyuna yaxşı kökləmişdilər. Portuqaliya kimi futbol ölkəsinin komandasına qalib gəldiyimiz üçün sevinirik”.

Qeyd edək ki, Azərbaycan millisi bu gün 1/4 finalda Bolqarıstanla üz-üzə gələcək. Görüş Bakı vaxtı ilə saat 21:00-da başlayacaq.

Share: