Ayrılıq gələndə fəsilə baxmır – Ələsgər Əhməd

Ələsgər Əhməd
Ayrılıq gələndə fəsilə baxmır
Axı ayrılığın fəsili olmur
Payızın ilk günü ayrılan kəslər
Payızdan öncədə sevgili olmur
 
Sadəcə özündə günah görməyən:
Adamlar payızı günahkar sayır
Sevdiyim qadının əli istidir
Çox soyuq keçsə də Noyabr ayı
 
Ayrılmaq istəyən onsuz ayrılır
Ya qeyri-səmimi, ya tam səmimi
Ayrılıq gələndə fəsilə baxmır
Ayrılmaq istəyən ürəklər kimi
 
Bəlkə də kimisə qovuşdurmuşam
Bəlkə də ayrılıq fəslidir adım
Axırda payız da bezəcək, Allah
Qışqırıb deyəcək: Mən ayırmadım


Warning: Trying to access array offset on false in /www/wwwroot/WordPress/mustaqil.az/wp-content/themes/clean-grid-pro/inc/functions/share-buttons.php on line 61
Share:

Deprecated: Calling get_parent_class() without arguments is deprecated in /www/wwwroot/WordPress/mustaqil.az/wp-content/themes/clean-grid-pro/comments.php on line 2152