Arvad ərindən qabları yumağı xahiş etdi,bıçaqlandı…

Livanın cənubundakı Macdal kəndinin Səlim adlı sakini həyat yoldaşına xəsarətlər yetirməkdə şübhəli bilinərək həbs edilib.
Müstəqil.az bu haqda İsrail mediasına istinadla  xəbər verir. Cinayət işinin materiallarına görə, kişi arvadını ondan qabları yumağı xahiş etdiyinə görə bıçaqlayıb.
İşdən dönən qadın  mətbəxin çirkli qablarla dolu olduğunu görüb və ərindən onları yumağı xahiş edib. Qadın deyir ki, daha öncə həyat yoldaşı özü ona ev işlərində kömək təklif etmişdi. Əks təqdirdə o, ərindən belə bir xahiş etməzdi. “Mən, uzaqbaşı, gözləyirdim ki, Səlim məni əli ilə vuracaq, yaxud  boğmağa çalışacaq. Ancaq o, bıçağı götürüb bədənimə batırdı”- deyə yüngül yaralar almış livanlı xanım bildirib.
Arvadını bıçaqlayan  kişi daha sonra onu xəstəxanaya çatdırıb. Zərərçəkənin yaxınlarının sözlərinə görə, Səlim tez-tez arvadına və uşaqlarına qarşı aqressivlik nümayiş etdirir. “O, bir  dəfə həyat yoldaşının qolunu sındırıb, onu küçə boyu qovalayıb.  Başqa bir dəfə isə  yolun ortasında qızını avtomobilindən atmışdı”- deyə qohumlar bildirib.

Share: