Aqrar Universitetdə yanğın oldu — Yenilənib

Azərbaycan Dövlət Aqrar Universitetində yanğın başlayıb.

“Qafqazinfo”nun məlumatına görə, yanğının hansı səbəbdən baş verdiyi hələ ki məlum deyil.

Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin əməkdaşları cəlb olunub.

***

Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə Gəncə şəhərində yerləşən Azərbaycan Dövlət Aqrar Universitetinin binasında yanğın olması barədə məlumat daxil olub.

Məlumatla əlaqədar FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri çağırış üzrə cəlb olunub.

Həyata keçirilən təxirəsalınmaz tədbirlər nəticəsində binanın zirzəmisində baş vermiş yanğının yayılmasının qarşısı alınıb. Yanğın saat 12:45-də söndürülüb.

Əlavə məlumat veriləcək.


Share: