Aprel qazilərimiz Afrin qaziləri ilə görüşdü – FOTOLAR

Artıq bir neçə gündür ki, aprel döyüşlərində qazi olan hərbçilərimiz Türkiyədə səfərdədir. Səfərdə məqsəd Azərbaycan və Türkiyə qazilərinin birgə görüşüdür. Mayın 22-nə kimi davam edəcək görüşdə hər iki ölkənin qaziləri bir araya gələcəklər. Dünən qazilərimiz Mustafa Kamal Atatürkün məzarını ziyarət edib. Bundan başqa onlar Afrin şəhərinin azad edilməsində sağlamlığını itirmiş qazilərlə də görüşüblər.
Moderator.az adı çəkilən görüşdən fotoları təqdim edir.

Share: