Adriana Lima türkiyəli məşhurdan 2 aylıq hamilədir – FOTO

Dünya şöhrətli model Adriana Lima yəhudi əsilli türkiyəli terapevt Metin Haradan 2 aylıq hamilədir.

Publika.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Adriana Limanın son vaxtlarda kökəlməsinin səbəbi məlum olub. İddialara görə, super model ana olmağa hazırlaşır. Metin Hara “Victoria’s Secret”in mələyi olan modellə uşaqları dünyaya gəldikdən sonra rəsmi şəkildə evlənməyə qərar verib.

Məlumat üçün bildirək ki, Adriana Limanın 2014-cü ildə boşandığı serbiyalı basketbolçu ərindən 2 qızı var. Metin Hara isə heç vaxt evli olmayıb.

Share: