ABŞ-nin İraqdakı hərbi bazalarına da hücum edildi

ABŞ-nin Suriyanın şərqində yerləşən hərbi bazalarına pilotsuz uçuş aparatları (PUA) ilə hücum edilib.

“Qafqazinfo” “İnterfaks”a istinadən xəbər verir ki, “İraqın İslam Müqaviməti” qruplaşması sözügedən hücuma görə məsuliyyəti öz üzərinə götürüb. 

Bildirilir ki, söhbət ABŞ-nin “Əş-Şaddadi” və “Əl-Omar” neft yatağının yaxınlığındakı hərbi bazalarından gedir. 

Amerikalı hərbçilər hücumun nəticələri ilə barədə hələ ki məlumat yaymayıb. 

Xatırladaq ki, ötən həftə ABŞ-nin İraqdakı hərbi bazaları da hücuma məruz qalıb. Belə ki, “İraqın İslam Müqaviməti” qruplaşması iki PUA ilə ölkənin “Hərir” bazasına hücum edib.


Share: