ABŞ Kürd dövlətinin yaradılması ideyasında israrlıdır.

Orta Şərqdə gedən proseslərdə bilavasitə yaxından maraqlanan ölkələrdən heç birinin qəbul etmədiyi və hətta yaxın buraxmaq istəmədiyi  Kürd dövləti ideyasını reallaşdırmaq fikrindən Amerika bir an belə əl çəkmir.

Hər keçən gün ABŞ-ın və onun Qərbdəki müttəfiqlərinin bu məsələ ilə bağlı planları haqqında yeni-yeni təfərrüatlar meydana çıxır. Bu baxımdan, Türkiyənin Daily Star dərgisinin son günlərdə manşetə çıxardığı məlumat ABŞ və tərəfdarlarının yeni cəhdlərindən biridir. Qəzetin verdiyi məlumata görə ABŞ, Böyük Britaniya, Fransa, İordaniya və Səudiyyə Ərəbistanı Vaşinqtonda Suriya ilə bağlı gizli görüş keçirmişlər. Daily Star iddia edir ki, görüş zamanı iştirakçı dövlətlərin nümayəndələri Suriyanın bölünmməsi planını müzakirə ediblər, Amerika tərəfi isə Suriyanın Şimal və Şərqində avtonom respublika yaradılmasında israr etmişdir. Görüşdə tərtib olunan altı mərhələli plan aşağıdakılarıdan ibarətdir:

  1. Suriyanın Şərq və Şimal hissəsində kürdlərə aid “terror dövlətinin” yaradılması.
  2. “Terror dövlətinin” Aralıq dənizinə çxışını təşkil etmək.
  3. BMT-nin yeni yaradılmış dövlətin yaradılmasına nail olmaq.
  4. Suriya üzrə Astana və Soçı görüşlərinin əhəmiyyətini azaltmaq.
  5. ABŞ tərəfindən BMT-də “terror dövləti” üçün ofisin təşkil olunması.
  6. Türkiyənin bu planın həyata keçirilməsində yardımçı olmağa məcbur edilməsi.

Sənədə görə Şimali Suriyadakı neftlə zəngin Deyr əz-Zor regionu   “terror dövlətinin” ərazisinə daxil edilir.

Əlavə etmək yerinə düşür ki, Türkiyə Kürd terroristlərinə qarşı Şimali Suriyada Zeytun budağı əməliyyatına başladıqdan sonra Pentaqon bu ölkənin parçalanması planını sürətləndirmişdir və Suriya kürdlərinin nəzarəti altında olan ərazini Aralıq dənizi ilə birləşdirməyə can atır.

 

 

Qəzet həmçinin, Livan informasiya agentliyinin bir qədər əvvəl Britaniyanın ABŞ-dakı səfirliyinin e-mail vasitəsi ilə göndərdiyi Suriyanın bölünməsi ilə bağlı 5 bəndlik plan haqqında məlumata malik oldğunu bildirmişdir.

Ərəbcə nəşr olunan Əl-əxbar qəzeti yazır ki, Qərbdən olan müttəfiqləri ilə birlikdə ABŞ Suriyanın parçalnmasının hərtərəfli planını hazırlamış və Fərat çayının Şərq sahillərinin də  müharibəyə cəlb olunmasını  bu plana  daxil etmişdir.

Britaniyanın Vaşinqtondakı  səfirliyinin Orta Şərq məsələləri üzrə diplomatı Benjamin Norman məxfi diplomatik teleqramda “Suriya üzrə kiçik Amerika qrupunun” (ABŞ, Böyük Britaniy, Fransa, Səudiyyə Ərəbistanı və İordaniya) 11 yanvar 2018-ci il tarixində Vaşinqtonda  keçirilən ilık görüşü haqda məlumat verir.

5 səhifəlik diplomatik teleqramda Suriya üzrə “Qərb Strategiyasının” detalları izah olunur: ölkənin parçalanması, Soçi görüşünün sabotaj olunması, Türkiyənin qarşısının alınması və BMT-nin Suriya üzrə xüsusi xüsusi nümayəndəsi Cenevrə danışıqlarına rəhbərlik edən Staffan de Misturanın instruksiya edilməsi. Teleqram həmçinin, qrupun ikinci görüşünün 23 yanvarda Parisdə baş tutacağı haqda məlumat verir. İkinci görüşdə kimyəvi silahdan istifadə ilə əlaqədar müzakirələrin keçirilməsi təklif olunub.

11 yanvarda Vaşinqtonda baş tutan ilk görüşdə Böyük Britaniya tərəfindən Forin Ofisin Yaxın və Orta Şərq Departamentinin rəhbəri Hugh Cleary, Fransadan Jeromi Bonnafont, Amerikadan Dövlət Katibinin Orta Şərq üzrə köməkçisi David Satterfield, İordaniyadan Navaf Tell, Səudiyyə Ərəbistanından Jamal al-Aqeel iştirak etmişlər. Görüşü Amerika nümayəndəsi açmış və ikinci iclasın yanvarın 23-də Parisdə keçirilməsinin nəzərdə tutulduğunu bildirmişdir.

David Satterfield təsdiq etmişdir ki, həqiqətən Prezident Tramp İŞİD-in məğlub edilməsinə baxmayaraq, Suriyada Amerikanın geniş hərbi kontingentinin təmsil olunması haqda qərar qəbul etmişdir və bunun üçün hər il büdcədə 4 milyard dollar ayrılması nəzərdə tutulur. O qeyd edib ki, ABŞ-ın bolgədə mövcudluğu İŞİD-in hər hansı formada yenidən dirçəlməsinin qarşısını almalı və İranın fəaliyyət sahəsini çərçivələməlidir. Eyni zamanda Staffan de de Misturanın Cenevre görüşünü təşkil etməsi üçün zəruri miqdarda vəsait ayrılmalı və siyası yardım olunmalıdır.

Görüş iştirakçıları yekdilliklə bu təklifləri qəbul etmiş və 2018-ci ildə Suriyada müəyyən irəliləyiş əldə edəcəklərinə umidvar olduqlarını bildirmişlər.

“Suriya üzrə kiçik Amerika qrupunda” İsrailin iştirak etməməsi başadüşüləndir. ABŞ İsrailsiz də onun mövqeyini yetərincə qoruyur və görüşdə elan olunmayan, amma hamının başa düşdüyü bir hədəf də odur ki, İsrailin təhlükəsizliyi yetərincə təmin olunsun.

Belə olan halda İsrailin əlavə vəsait ayırıb iclaslarına qatılmasına zərurət yoxdur.

Maraqlı məqam ondan ibarətdir ki, ABŞ və onu müttəfiqləri Türkiyə ilə hansı didə danışacaqlar və artıq Afrinin həndəvərində olan qoşunları hansı vədlər hesabına saxlayacaqlar? Mənbic məsələsi necə həll olunacaq? Türkiyə Türk əsgərinin qanı bahasına davam etdirdiyi hərbi əmliyyatları yarıda saxlayacaqmı? Suriyanın Amerika tərəfindən  bölünməsinə Rusiya və İran adekvat cavabları nədən ibarət olacaq?

Əlimusa İbrahimov 

Politoloq

Share: