ABŞ Dəməşqi BOYKOT etməyə QƏRAR verdi

Suriyanın BMT-nin Cenevrədə keçirilən silahsızlaşdırma konfransına sədrliyi teatr şousudur.

Müstəqil.az “RİA-Novosti” agentliyinə istinadən xəbər verir ki, bu haqda konfransda ABŞ-ın daimi nümayəndəsi Robert Vud bildirib.

O deyib ki, Birləşmiş Ştatlar müəyyən anda konfransı tərk etmək niyyətindədir.

“Silahsızlaşdırma üzrə konfransda Suriyanın sədrliyi teatr şousudur. Bu, normal sədrlik deyil. Ən azından, ABŞ belə teatra baxmayacaq. Bu həqiqətən, konfrans üçün kədərli gündür. ABŞ bu ay (Suriyanın sədrliyi bir ay üçün nəzərdə tutulur –red.) ərzində konfransı tamamilə boykot etməyəcək, ancaq hansısa bir anda iclas tərk edəcək və bir sıra başqa addımlar atacaq”, – Vud jurnalistlərə deyib.

Amerikalı nümayəndə başqa ölkələrin də ABŞ-ın yolu ilə gedəcəyinə ümidini ifadə edib. O vurğulayıb ki, ABŞ həmçinin ay ərzində konfransın köməkçi orqanlarının işində də öz iştirakını dayandıracaq.

 

Share: