Ukraynaya dəstəyi 2 milyard dollara çatdıracağıq – Makron

Fransa Ukraynaya ümumi dəstəyini 2 milyard dollara çatdıracaq.

Müstəqil.Az  xəbər verir ki, bun Fransa Prezidenti Emmanuel Makron Ukrayna üçün beynəlxalq donor konfransı zamanı videomüraciətində deyib.

“Fransa Ukrayna prezidenti tərəfindən səsləndirilən ehtiyaclara cavab olaraq 2 milyard dollar qlobal yardım ayıracaq. Fransa Ukraynanın ehtiyaclarına kollektiv şəkildə cavab vermək üçün Aİ daxilində, avropalı tərəfdaşlarımızla, həmçinin G7 və beynəlxalq maliyyə institutları çərçivəsində koordinasiyalı şəkildə hərəkət etməyə davam edəcək”, – deyə E.Makron bildirib.

Müstəqil.Az

Share: