Bakıda Zəfər yürüşündən görüntülər – YENİLƏNİB + CANLI YAYIM

 

Bakıda Zəfər yürüşü davam edir. 

Yürüş iştirakçıları Hərbi Qənimətlər Parkına çatıblar.

10:04

Bakıda Zəfər Günü ilə bağlı yürüş keçirilir.

Oxu.Az xəbər verir ki, yürüş Azneft dairəsindən “Ağ şəhər” bulvarınadək davam edəcək.

Azərbaycan bayrağını Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinin kursantları yürüş marşrutu üzrə aparırlar. Yürüşü süvari dəstəsi müşayiət edir.

Qeyd edək ki, yürüş “Regional İnkişaf” İctimai Birliyinin dəstəyi ilə təşkil olunan flaşmobla başa çatacaq.

Share: