Gəmi təmirçilərinin ixtiyarına yeni futbol meydançası verilib – FOTOLAR

Bununla belə, ASCO-da əməkdaşların həyat və sağlamlıqlarının qorunması, fiziki hazırlıqlarının inkişafı və təkmilləşdirilməsi, asudə vaxtlarının səmərəli təşkili də daim xüsusi diqqətdə saxlanılır. Bu məqsədlə daha bir mühüm addım atılıb. Belə ki, “Bibiheybət” Gəmi Təmiri Zavodunun ərazisində mini futbol meydançası istifadəyə verilib.

Uzunluğu 40, eni 20 metr olan stadion beynəlxalq standartlar səviyyəsində inşa edilib, xüsusi ot örtüyü ilə döşənib.

Stadionun daxilində futbol yarışları ilə yanaşı, voleybol oyunlarının təşkili də mümkündür. Bunun  üçün 18 metr uzunluğa, 9 metr enə malik xüsusi meydança təşkil olunub.

Stadion ASCO-nun Sosial inkişaf və nəqliyyat şöbəsinin, “Bibiheybət” Gəmi Təmiri Zavodunun təşəbbüsü ilə tikilib.

Müstəqil.Az

mənbə:”Seanews.az”

Share:

Author: Müstəqil AZ