Putin Köçəryanla danışıb

Rusiya prezidenti Vladimir Putin ötən həftə Ermənistanın keçmiş prezident Robert Köçəryanla danışıb.

Müstəqil.Az  erməni KİV-lərinə istinadən xəbər verir ki, ünsiyyət Köçəryanın “Sistem” maliyyə korporasiyasının direktorlar şurasının iclasında iştirak etmək üçün Moskvaya səfəri zamanı baş tutub. Onlar Ermənistanda iyunda keçiriləcək seçkiləri, regiondakı situasiyanı, Qarabağı və digər məsələləri müzakirə ediblər. Söhbət koronavirusa görə videokonfrans rejimində baş tutub və bir saata yaxın davam edib.

 

Robert Köçəryan növbədənkənar seçkilərdə öz bloku ilə iştirak etməyə hazırlaşır.

Bu ünsiyyət Ermənistanın baş naziri Nikol Paşinyanın Moskvaya sabaha nəzərdə tutulan səfəri ərəfəsində baş verir. Paşinyan səfər ərəfəsində “İnterfaks”a müsahibəsində deyib ki, Ermənistan Rusiya ilə “uzunmüddətli və hərtərəfli hərbi-texniki əməkdaşlıqda” maraqlıdır. O, Rusiyadan yeni silahların, döyüş sursatının, habelə Su-30SM qırıcılarının təchizatını müzakirə edəcəklərini deyib.

Müstəqil.Az 

Share: